Böyrək xəstələrinə banan yemək olmaz – Siyahi

Banan tərkibindəki kaliy, maqniy və vitamin qrupuna görə uşaqlar, yaşlı insanlar, ürək-damar problemi olanlar üçün əvəzsizdir. Amma böyrəklərində problemi olanlara banandan uzaq durmaq məsləhətdir.
Medicina.az xəbər verir ki, alimlər bananın orqanizmdən mayenin qovub çıxarmaq xüsusiyyətini nəzərə alıb, bananın böyrək xəstəlikləri, nefropatiya və böyrək çatışmazlığında əlavə təsirləri ola biləcəyini deyir.
Bu fonda qanın qatılığı artır, əgər insanın qanı qatıdırsa, tromb varsa, ona banan qəti olmaz. Tromboflebit xəstələrinə banan qəti qadağandır.
Qıcıqlanmış bağırsaq sindromu, koliti olan xəstələr də banan yeməməlidir. Çünki banan gec həzm olunan və meteorizm yaradan meyvədir.
Eləcə də diabet xəstələri banan yeyən zaman qanda şəkər yüksəlir.
Amma infarkt və insultdan sonra tez bərpa olmaq üçün banan çox faydalıdır.
 Müstəqil.az
Share: