Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın ixraс potensialını artıracaq

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Azərbcyanın ixraс potensialını artıracaq.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun keçmiş müşaviri Anar Əsgərov deyib.

Onun sözlərinə görə, oktyabrın 30-da BTQ-nin istifadəyə verilməsi bu ilin ən vacib iqtisadi hadisələrindən oldu: “Bir çox ölkələri bir-birinə bağlayacaq bu nəqliyyat kəmərinin əhəmiyyəti həm siyasi, həm də iqtisadi müstəvidə üzə çıxır. Bu hadisənin əlamətdar tərəfi ondadır ki, Azərbaycanın, daha doğrusu dövlət başçısı İlham Əliyevin təşəbbüsü olan bu marşrutdan istifadə edən bütün ölkələr dividendlər əldə edəcək”.

Ekspert qeyd edib ki, BTQ nəqliyyat kəmərinin, eləcə də “Şimal-Cənub” dəhlizinin Azərbaycanın ixrac potensialının artmasında əhəmiyyəti böyükdür.

Share: