Ermənilər Basarkeçərdən Cəbrayıla avto-yürüş etdi…-FOTOLAR

Öncədən xəbər verdiyimiz kimi, aprelin 2-də erməni fəalları Ermənistanın hazırda “Vardenis” adlandırılan, əslində qədim Azərbaycan torpağı olan Basarkeçərdən Aprel döyüşlərinə həsr olunmuş üzdəniraq avto-yürüşə başlayıblar.  
Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, Basarkeçərdən  yeni çəkilmiş Ağdərə yolu ilə işğal altındakı Kəlbəcər rayonuna daxil olan düşmən yürüşçülər yolüstü erməni kilsəsinə çevrilmiş Xudavənd məbədini ziyarər ediblər, sonra isə Tərtər rayonunun işğal altındakı Talış və Suqovuşan(“Madagiz”) kəndlərinə baş çəkiblər. Oradan isə Əsgərandan keçərək Xankəndinə gəliblər. Aprelin 3-də isə avto-yürüş iştirakçıları Xankəndindən Xocavənd ərazisindən keçməklə Cəbrayıl istiqamətinə yola düşüblər. Yürüş aprelin 4-də Cəbrayılda tamamlanıb.
Yürüşün təşkilatçılarından biri  olan hərbi jurnalist, kinorejissor, “Erməni milli qvardiyası” ictimai təşkilatının  həmsədri  Arşak Zakaryan bildirib ki, aksiyada məqsəd Aprel savaşında gəbərən erməniləri anmaqla yanaşı, həm də bütün Ermənistan və Qarabağ ermənilərinə daim “Vətənimizi qorumağa” hazır olmağı xatırlatmaqdır…
Müstəqil.Az 
Share: