Yollarımız kəsişsə də ucunda ayrılıq var – Yeni şeir

Eminquey Akif

saçlarının hörüyündə
yollarımız kəsişsə də
ucunda ayrılıq var.
əllərini gizlətmisən,
bilirəm, 
içində ayrılıq var.

qapını döyür bir adam,
başdan ayağa sirr adam,
qışqırır, qışqırır, adam,
– açın da, ayrılıq var…

belədi də, dəyişmir ki,
fikir vermə, qovuşmur ki,
hər sevən dörd-beş adamdan,
üçündə ayrılıq var.

Share: