Yay fəsli yaxınlaşdıqca qadınların çoxu təşvişə düşərək tez bir zamanda arıqlamağa cəhd edirlər.
Müstəqil.Az Medicina.az-a istinadla sizə çəkinizin qısa müddətdə azaltmağa kömək edəcək smuzi reseptini təqdim edir:
Bu içki maddələr mübadiləsini sürətləndirərək piylərin əriməsinə kömək edir.
İçkinin tərkibində qidalı maddələr, fermentlər, minerallar mövcuddur. O, bağırsaqların motorikasını artırır, doyma hissi yaradır və bədəni lazımi maddələrlə təmin edir.
Sadəcə gün ərzində qəbul etdiyiniz hər hansı bir qidanı bu smuzi ilə əvəzləmək lazımdır.
Tələb olunanlar:
– 1 ədəd banan
– 1 ç/q kətan toxumu
– 1 ç/q sürtgəcdən keçirilmiş zəncəfil
– 2/1 stəkan doğranmış ananas
– 30-40 qr çiy badam
– 3/1 stəkan qazsız mineral su
Hazırlanması:
– badamı qəhvəüyüdən vasitəsilə xırdalayın.
– zəncəfili sürtgəcin xırda gözündən keçirin.
– bütün ərzaqları blenderdən keçirin.