“Böyük səslənsə də, dərini cavanlaşdıran bir vasitəni icad edən mən oldum. Ondan ancaq məndə var. 2019-cu ilin sonu, 2020-ci ildən etibarən satışa çıxacaq”.
Müstəqil.az xəbər verir ki, bu sözləri azərbaycanlı make-up ustası Anar Ağakişiyev əməkdar artist Dilarə Əliyevanın verilişində qonaq olarkən deyib. Stilist qeyd edib ki, məhsul “Made in Azerbaijan” adı ilə buraxılacaq:
“Onu dünya şöhrətli İtaliya və Fransa şirkətləri Azərbaycan adı ilə istehsal edəcək. Satışından yalnız 5 faiz gəlir mənim olacaq, 95 faiz şirkətindir. Qiyməti 250-300 avro arası (təxminən 600 manat) olacaq”.