İstanbulun yeni başçısı – Son nəticələr

Türkiyənin İstanbul şəhərində bələdiyyə seçkiləri üçün etibarsız hesab edilən səslərlə bağlı son nəticələr açıqlanıb.

Müstəqil.Az Teleqraf.com-a istinadla xəbər verir ki, İstanbul bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlunun mətbuat katibi Murad Onqun Türkiyə Mərkəzi Seçki Komissiyasının son məlumatını elan edib.

Məlumata görə, İstanbul üzrə etibarsız səslərin sayı 318 min 222 olub. Artıq 57 qutudakı etibarsız hesab edilən səslərin 97%-i sayılıb.

Son məlumata görə, CHP-nin namizədi Əkrəm İmamoğlu rəqibi, AKP-nin namizədi Binəli Yıldırımdan 14 198 fərqlə öndədir.

Share: