İşğalçı ölkənin Tavuş mərzinin Çinçin kəndinin sakinləri ayaqlarına Türkiyədə tədavüldə olan metal sikkələr bağlanmış göyərçinlər gördüklərini iddia ediblər.
Moderator.az xəbər verir ki, kəndin icma başçısı Karen Darçinyan “Qolos Armeniya”(“Ermənistanın səsi”) müxbirinə açıqlamasında bu informasiyanı təsdiqləyib. Kənd icra nümayəndəsi bildirib ki, həmkəndlisi Qaqik İsaakyan səhər tezdən öz göyərçinlərinə baş çəkəndə onların arasında iki yad göyərçinin peyda olduğunu gördüyünü deyib.
Lakin K.Darçinyan özü həmin göyərçinləri görmədiyindən quşların üzərində Türkiyə “kuruş”larının olub-olmaması haqda konkret nəsə deyə bilməyəcəyini əlavə edib.