Braziliyada iki altımərtəbəli yaşayış binası uçub.
Müstəqil.az TASS-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Rio-de-Janeyro şəhərinin Muzema rayonunda qeydə alınıb.
Nəticədə 5 nəfər ölüb, azı 10 nəfər yaralanıb, təxminən, bir o qədər də insan itkin düşüb.
Hazırda xilasetmə əməliyyatları davam edir.
Meriyadan hər iki binanın qanunsuz tikili olduğu bildirilib.
Qonşuluqda yerləşən yaşayış binaların sakinləri uçqun təhlükəsi ilə əlaqədar təxliyyə olunublar.(interpress.az)