Daha bir musiqiçi mahnısına görə həbs edildi…

“Rüzgar“ ləqəbi ilə tanınan reper Aydın Hüseynov həbs olunub.

Müstəqil.az xəbər verir ki, A. Hüseynov Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən dünən saxlanılıb.

Reperin produseri Orxan Əmrullayev məlumatı təsdiqləyib: “Məni və Aydını Bakıda saxlayaraq Sumqayıt Polis İdarəsinə gətirdilər. İzahatımızı aldılar. Məni buraxdılar. Aydını isə saxladılar. Sonradan isə məlum oldu ki, Aydına “Mal mal” adlı mahnısının narkomaniyaya çağırış etməsini əsas gətirərək, məhkəmənin qərarı ilə 30 sutka həbs cəzası verilib”.

Qeyd edək ki, bu günlərdə “Kazbekə şey basım” meyxanasını oxumaqla tanınan “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev də 30 gün müddətinə həbs edilmişdi.(publika)

Share: