Dövlət İmtahan Mərkəzində (DİM) Dövlət qulluğu məsələləri şöbəsi, Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunda məsləhətçi və aparıcı məsləhətçi vəzifələri, Dövlət qulluğu məsələləri şöbəsi, Vəzifə təlimatları və elanlarla iş sektorunda isə aparıcı məsləhətçi vəzifələri vakantdır.
Bu barədə Modern.az-a DİM-dən məlumat verilib.
Dövlət İmtahan Mərkəzində çalışmaq arzusunda olan namizədlər 2019-cu il aprelin 28-dək müraciət formasını [email protected] ünvanına göndərə bilərlər. Mövzu bölməsində iddia olunan vəzifə və struktur bölmənin göstərilməsi tövsiyə olunur.
Hər bir vəzifə üzrə əmək haqqı, qulluq funksiyaları, vəzifənin tutulma şərtləri, müsahibə proqramı, müsahibəyə hazırlaşmaq üçün ədəbiyyat siyahısı DİM-in saytının “Mərkəz”>“Vakansiyalar” bölməsində yerləşdirilib.
Qeyd: Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikata, həmçinin xarici dil bilikləri üzrə sertifikata malik olan şəxslərə üstünlük veriləcək və müsahibəyə dəvət olunacaqlar.
Müstəqil.AZ