Tanınmış jurnalist, Axar.az saytının baş redaktoru Anar Niftəliyevə ağır itki üz verib.
Müstəqil.Az verir ki, Anar Niftəliyevin anası Güllübəyim Niftəliyeva uzun sürən xəstəlikdən sonra bu gün “Avrasiya” klinikasında vəfat edib.
Mərhumla vida və yas mərasimi Müşfiqabad qəsəbəsində keçiriləcək.
Qeyd edək ki, mərhumun oğlu Aşıq Vüqar Mahmudoğlu ötən ilin yanvarında dünyasını dəyişib.
Güllübəyim Niftəlieva Şirvan aşıq məktəbinin tanınmış nümayəndəsi, 2002-ci ildə vəfat etmiş Mahmud Ələsgəroğlunun həyat yoldaşıdır.
Allah rəhmət eləsin!