“Mən rəsmini rəssam kimi çəkmişəm Neçə dərdin, bunun şəkli tapılmır…”- Adilə Nəzər…

ETİRAZ – uşaq ölümlərinə
 
(Bakıda intihar etmiş 162 nömrəli məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın xatirəsinə)
 
Bu dərd məni korun-korun yandırır,
Bədənimə iynə batır, biz batır.
Xəyalına dəli-dəli baxdıqca,
Kor olası gözlərimi qan tutur.
 
 
Dağı aşıb dağ gətirrəm dərəyə,
Sularını çoxaldaram, çağlaram.
Dolaşaram düz-dünyanı, hər yerə
Bircə ağız “bala” deyib ağlaram.
 
 
Quşlar uçar başım üstən havada,
Kəpənəyə nazlanarlar çiçəklər.
Uzaqlarda bir qaranlıq yuvada,
Çürüyərlər körpə, fidan mələklər.
 
 
Mən rəsmini rəssam kimi çəkmişəm,
Neçə dərdin, bunun şəkli tapılmır.
Aman Allah, niyə bala qəbrinə
Dərdi boyda böyük saray yapılmır?!
 
 
Adilə Nəzər
Share: