İtaliya mafiyasının ən qanlı lideri öldü

İtaliyanın “Koza Nostra” mafiyasının qanlı lideri Toto Riina ömürlük həbs cəzası çəkdiyi Parma şəhərindəki həbsxanada 87 yaşında ölüb.
Müstəqil.Az Modern.az-a və xarici KİV-ə istinadən xəbər verir ki,  son günlər mafiya lideri komada olub.
Amansızlığına görə, “Yırtıcı” ləqəbi alan Riina ilə sağollaşmaq üçün İtaliya daxili işlər nazirinin göstərişi ilə onun həyat yoldaşı, 2 qızı və kiçik oğlu Salvatoreyə icazə verilib.
Totot Riinanın göstərişi ilə İtaliyada 100-dən artıq insan öldürülüb.
Müstəqil.Az

Share: