Müstəqil.Az “Yaradıcılıq işığı” rubrikasında Şükür Qafarın şeirlərini təqdim edir:
Öpüş izlərini yuyuram indi
Yenə oğrun-oğrun baxışlarından
Sevgi çilənibdir xeyallarıma.
Qəlbimi oxlayan qaşın, kirpiyin ,
Çəkilib yay kimi yenə tarıma.
Xəyalım toxunur dodaqlarına,
Isti nəfəsini duyuram indi.
Yanaqdan süzülən göz yaşlarımla
Öpüş izlərini yuyuram indi.
Gəl görüş yerinə əvvəlki kimi,
Həsrətin əzabın, kədərin ataq.
Unudaq qüssəni, qəmi, nisgili
Biz də sevənlərtək vüsala çataq.