Qızların Azərbaycan himnini oxuması bütün zalı AYAĞA QALDIRDI – QÜRURVERİCİ ANLAR/VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə II “AGF Junior Trophy” beynəlxalq turnirində qalib gələn yığma komandamızın Azərbaycan himnini ifa etməsinin görüntüləri yayılıb.

Kult.az xəbər verir ki, himnin musiqisi başlayandan qısa müddət sonra himnin səsləndirilməsi dayandırılıb. Çünki komanda üzvləri ilə yanaşı bütün zal himnimizi ifa etməyə başlayıb və musiqinin dayandırılması ilə qızlarımızın himn ifasının gözəlliyi nümayiş etdirilib.

Xatırladaq ki, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət komandamız beş halqa ilə hərəkətlərdə 21.500 xal toplayaraq turnirin baş mükafatını qazanıb.

Share: