General Motors var gücü ilə yeni elektromobilini kütləvi istehsala buraxmağa çalışır.
Müstəqil.Az xəbər verir ki, 2021-ci ildə kompaniya avtomobil üçün hazırladığı yeni platformanı təqdim etməyi düşünür. Bu platformada GM müxtəlif növ avtomobillər istehsal etməyi düşünür. Kompakt krossoverlərdən kiçikhəcmli kommersiya furqonlarına kimi.
Şirkət ilk satışları Amerika və Çində etməyi düşünür.
Həmçinin GM yeni akkumulyator batareyaları üzərində çalışır. Yeni batareyalar kompaniyanın istehsal etdiyi digər elektromobil Chevrolet Bolt-a quraşdırılandan 30% daha ucuz olacaq, tez dolacaq və tutumu artırılacaq.
5 ildən sonra istehsala başlayacaq olan GM ildə 1 milyon elektromobil satmağı planlaşdırır. Hazırda bu rəqəm 17000-ə bərabərdir.