Türkiyə və Azərbaycan birgə yük vaqonları istehsal edəcək.
Müstəqil.Az AzVision.az -a istinadla xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahid Turxan deyib. Onun sözlərinə görə, birgə yaradılacaq müəssisə Azərbaycanda fəaliyyət göstərəcək.
Nazir qeyd edib ki, hazırda nazirliyin tabeliyində olan müəssisədə istehsal olunan 150 vaqon Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə yük daşıyır.