Türkiyə prezidenti Kuveyt səfərində rusiyalı həmkarı ilə görüşündən bəhs edib.
O deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusunu da müzakirə ediblər.
Hətta Ərdoğan qeyd edib ki, Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər: “Rusiyanın Ermənistana təsiri var. Yeddi rayondan beşi ilə bağlı daha əvvəl qəbul olunan qərar var. “Bu qərarların icra olunmasının zəruriliyini qeyd etdik. Putin bunun mümkün olduğunu hesab edir”, – deyə R.T.Ərdoğan bildirib.
Görüşün Azərbaycan üçün daha vacib detallarını isə Ərdoğanın Bakıda olan müşaviri Yalçın Topçu açıqlayıb.
O, A24.az-ın əməkdaşı ilə müsahibəsində bildirib ki, bütün dünyanın gözü önündə xaincə, alçaqca baş verən işğala son veriləcək. Qarabağ torpaqlarının tamamı qeyd-şərtsiz əsl sahibi olan Azərbaycana geri qaytarılacaq. Və o gün uzaqda deyil.
O daha sonra işğal altında qalan rayonlardan kilid əhəmiyyəti daşıyanların adını da çəkib.
Şuşa, Laçın, Ağdam…
“Tədbirin açılışındakı çıxışımda Şuşanın, Laçının, Ağdamın adını çəkdim və bu da səbəbsiz deyildi”. – deyən diplomat Ərdoğanla – Putinin masasında konkret bu rayonların adının hallanmasına da işarə edərək, şifrələr üçün ipucu verib.