Bakıda keçirilən “Formula” yarışında daha bir xoşagəlməz hal baş verib.
Müstəqil.azOxu.az-a istinadən xəbər verir ki, hadisə marşallar nasazlıq yaranan “Formula-2” pilotu Şon Qlaelə yardım edən zaman baş verib.
Bu zaman bolid hərəkətə gəlib və iki marşalı vurub. Hadisə zamanı marşallar xəsarət almayıb.
Qeyd edək ki, bundan öncə “Williams” komandasının pilotu Corc Rassellin bolidi kanalizasiya lyukuna ilişdikdən sonra onu aparan evakuasiya maşınının kranı da yerüstü piyada keçidinə dəyib.
Həmçinin, “ART Grand Prix” komandasının rusiyalı pilotu Nikita Mazepin dönmə edərkən qəza edib.