Formula 2 üzrə birinci yarışda ardıcıl – Üç qəza

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə birinci yarışda ardıcıl üç qəza baş verib.

Teleqraf.com-un məlumatına görə, “UNİ-Virtuosi”nin pilotu Quanyu Zhou və “BWT Arden” komandasının xanım pilotu Tatiana Qalderon və “Carlin” komandasının pilotu Luiz Deletraz qəza törədib.

Pilotlardan ikisi ötmə zamanı səhvə yol verərək qarşıdakı bolidə, daha sonra isə təhlükəsizlik baryerinə çırpılıb. Digər pilot da idarəetməni itirərək baryerə çırpılıb.

Hər üç pilotun bolidi trekdən evakuasiya edilib və pilotlar yarışı dayandırıblar.

Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.

Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

Share: