Dünya şöhrətli müğənni Azərbaycan yeməklərinə heyran qaldı – FOTO

“Ölü kimi yatmaq… Bakı, izdiham məni yordu. Bakı, Azərbaycan, məni “Formula 1” tədbirinə dəvət etdiyiniz üçün təşəkkür edirəm. Gözəl ölkə, gözəl insanlar və dadlı yeməklər…”

Müstəqil.az xəbər verir ki, bu sözləri dünən Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edən dünya şöhrətli ifaçı Kardi Bi instaqramda yazıb.

Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində təşkil olunan konsertdə çıxış edən ulduz “Baku Crystal Hall” səhnəsində pərəstişkarları ilə görüş haqında təəssüratlarını sosial şəbəkə vasitəsilə bölüşüb. Müğənni milli Azərbaycan yeməkləri və şirniyyatlarını videoya çəkib paylaşaraq milli mətbəximizə heyran qaldığını gizlətməyib.(publika)

Share: