Bakıda piyadaların ölümü ilə nəticələnən yol qəzaları baş verib.
Müstəqli.az xəbər verir ki, Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində naməlum avtomobil 35-40 yaşlı kişini vurub. Ağır xəsarət alan piyadanın həyatını xilas etmək mümkün olmayıb. Qəzanı törədən sürücü nəqliyyat vasitəsi ilə hadisə yerindən uzaqlaşıb.
Oxşar hadisə dünən günorta saatlarında Nizami rayonunda da qeydə alınıb. Rüstəm Rüstəmov küçəsində “Daevoo” markalı nəqliyyat vasitəsi 21 yaşlı qızı vurub. Ağır xəsarət alan gənc qız hadisə yerində vəfat edib.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.