“İsa Həbibbəyli dövlətdən yararlanır, Əsəd Cahangir isə dövlətin gücünə güc qatır” – Bəhmən Sultanlı

AMEA Nəsimi adına Dilçilik İnstitutunun bir sıra əməkdaşlarının hazırladığı, sonradan plagiat olduğu barədə KİV-də çoxsaylı əsaslandırılmış fikirlər səsləndirilən “İzahlı dilçilik terminləri lüğəti” ilə bağlı qalmaqal davam edir. Bu günlərdə professor Bəhmən Sultanlı da məsələyə münasibət bildirib. Onun öz Feysbuk səhifəsində yazdıqlarını olduğu kimi təqdim edirik.

“AMEA Nəsimi adına Dilçilik İnstitutu “Terminologiya” şöbəsinin müdiri, professor Sayalı Sadıqova və şöbənin əməkdaşları tərəfindən dövlət vəsaiti hesabına nəşr edilən “İzahlı dilçilik terminləri lüğəti”nin plagiat olması faktını akademik səviyyədə danmağın gizlinləri bəlli olub.

5 aydır mətbuatda yazılır ki, oğurluq kitab M.İ. Adilov, Z.N. Verdiyeva və F.M. Ağayevanın “İzahlı dilçilik terminləri” kitabından və F. Veysəllinin müəllifliyi və redaktorluğu ilə hazırlanmış “Dilçilik ensiklopedaiyası” kitabından sözbəsöz, hərfbəhərf, nöqtəbənöqtə köçürülüb. Şöbə müdiri və plagiatın baş icraçısı olan Sayalı Sadıqova plagiatı inkar etməyə sözü olmasa da, kimlərə isə güvənərək ciddi şəkildə inkar edib. Axı, faktın ən böyüyü yüz min manatlarla dövlət vəsaitinin dağıdılmasıdır. Dilçilik İnstitutunun direktoru, “Mənəvi irs oğurluğu”nun baş redaktorlarından (o biri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyat İnstitutunun direktoru, Milli Məclisin deputatı, Milli Məclicin Elm və Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəyli) akademik Möhsün Nağısoylu da Sayalı Sadıqova kimi kitabın plagiat olduğunu inkar edir. Oğurluq faktı isə, deyildiyi kimi, ciddi mütəxəssislər tərəfindən təsdiq olunub. Bir də ki, kitabları tutuşduran kimi hər şey güzgü kimi aydın görünür. Plagiat faktı təsdiq olunan kimi akademik İsa Həbibbəyli və Möhsün Nağısoylu başda olmaqla, plagiatla bağlı olanlar hamısı yubanmadan istefa verməli idilər. Bu işdə AMEA prezidentinin də məsuliyəti yox deyildir.

Professor Bəhmən Sultanlı tanınmış tənqidçi Əsəd Cahangirin akademik İsa Həbibbəyliyə məktubuna da münasibət bildirib: “Bəli, elm Əsəd Cahangirin dedikləridir. İnzibatçılıqla elm bir araya sığmaz.Əgər İsa Həbibbəyli dövlətin gücündən faydalanırsa, Əsəd Cahangir kimi ziyalılar öz zəhməti ilə dövlətin gücünə güc qatırlar. Əgər İsa Həbibəyli dövlətçi olsaydı, dövlət vəsaiti hesabına nəşr olunan oğurluq “İzahlı dilçilik terminləri lüğəti”nə BAŞ REDAKTOR olmazdı”.

Professor Bəhmən Sultanlı

Share: