Rusiya Prezidenti Vladimir Putin Ukrayna əhalisinin müəyyən kateqoriyaları üçün Rusiya vətəndaşlığına keçməyi sadələşdirən qanun imzalayıb.
Müstəqil.az xəbər verir ki, bu barədə Rusiyanın hüquqi informasiyaya dair rəsmi internet-portalı yazıb.
Qanuna əsasən, Krımda doğulmuş və daimi yaşamış, 18 mart 2014-cü il tarixinə qədər olan dövrdə bölgəni tərk etmiş ukraynalılara Rusiya vətəndaşlığı sadələşdirilmiş qaydada veriləcək. Bununla yanaşı sözügedən şəxslərin övladları, həyat yoldaşları və valideynləri də Rusiya vətəndaşlığı ala biləcək.