Göyçaylı tələbə: “Yaşadığım rayonun kollecində təhsil almaq qürurverici bir hissdir”

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində dərslər standartlara uyğun olaraq aparılır. Kollecdə tələbələrin müəyyən biliklərinin artırılması məqsədi ilə bir sıra açıq dərslər təşkil olunur. Tələbələr, təhsil aldığı ixtisas üzrə praktikalara göndərilir. Həmin kollecin ATM2 (Aqrar Təsərrüfatının Mexanikləşdirilməsi) ixtisasına qəbul olmuş,hazırda təhsilini orada davam etdirən tələbəsi Tarverdiyev Davud deyir ki:
 
“Yaşadığım rayonun kollecində təhsil almaq,savadlı olmaq və gələcəyinə oxumuş bir şəxs kimi formalaşmaq çox qürurverici bir hissdir. Kollecimizdə direktor İrşad Abbasovun rəhbərliyi ilə maarifləndirici tədbirlər,dəyirmi masalar və s. keçirilir. Çox şadam ki,təhsilimi Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində alıram”.
 
T.Davud onu da əlavə edib ki,eyni adlı kollecdə ona dərs keçən müəllimlər yüksək savada malikdirlər. O,bunlardan İlqar Yusifov, Kərim Cavadov və Nərmin Abışova kimi müəllimlərin adını qeyd edib. Bildirib ki,adı çəkilən müəllimlərin dərsləri zamanı bir çox biliklərə sahib çıxıb.
Məlumat üçün qeyd edək ki,kollecdə ümumilikdə 1219 tələbə təhsil alır.
Share: