Avropada trüfel kimi tanınan ən bahalı göbələk növü, bizdə isə onun bir növü olan dombalan mövsümü gəldi. Bir vaxtlar şahların, kralların, şahların yediyi, elə indi oliqarx və zəngin insanların bahalı restoranlarda sifariş edib, bəh-bəhlə yediyi, dadı olmasa da, faydası çox dombalan Azərbaycan torpağında da yetişir.
Müstəqil.az xəbər verir ki, mövsümündən asılı olaraq bazarlarda 20-30-50 manata satılan dombalanın dadını çox az adam bilir. Daha çox Gəncə, Goranboy, Naxçıvan bölgələrində yetişən dombalan göbələyi immun sistemini yaxşılaşdırır, xərçəngdən qoruyur, orqanizmi cavanlaşdırır, sinir sisteminə müsbət təsir edir.
Özünəməxsus dadı olan göbələkdən olan yemək reseptini təqdim edirik:
Ərzaqlar:
- 2-3 ədəd dombalan göbələyi
- 1 ədəd quru soğan
- 2 qaşıq kərə yağı
- 2-3 ədəd yumurta
- duz, istiot
- Zövqə görə keşniş, şüyüd.
Hazırlanma qaydası.
Əvvəlcə baş soğanı doğrayıb qızardırıq. Göbələyin qabığını soyub nazik-nazik doğrayıb, soğanın üzərinə əlavə edirik. Göbələyi yumşalana qədər qovurur, sonra yumurta və göyərti əlavə olunur. Sonda duz -i stiot səpirik. / Milli.Az