16 noyabr 2017-ci il tarixində Şabran şəhər Mədəniyyət Sarayında Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin və birgə təşkilatçılığı ilə “Xalq teatrları və dram dərnəkləri: problemlər və perspektivlər” mövzusunda diskussiya həyata keçirilmişdir.
Diskussiyada İdarənin nəzdində olan mədəniyyət mərkəzləri (filialları ilə birlikdə), digər mədəniyyət evləri və klublarda fəaliyyət göstərən xalq teatrlarının və dram dərnəklərinin rəhbərlərinin, habelə yerli ictimaiyyət nümayəndələrinin iştirak etmişlər.
Tədbirin məqsədi regionlarda fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin fəaliyyətinin təkmilləşdirilməsi, sahə üzrə mövcud problemlərin həlli yollarının müzakirəsi, xalq teatrları və dərnəklər arasında əlaqələrin genişləndirilməsidir.
Tədbirdə Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Xalidə Əsgərova, Elmi-Metodiki mərkəzin direktoru Asif Usubəliyev, şöbə müdirləri Sənan Talıbov, Məzahir Qarayev, Şabran rayon üzrə nümayəndəsi Əhməd Səmədov çıxış etmişlər.
İlk öncə Şabran rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən dram dərnəyinin hazırladığı “Cəsurlar” uşaq tamaşası nümayiş etdirilmişdir.
Daha sonra mərkəzin əməkdaşları Elnarə Hacıyevanın “Xalq teatrları və dram dərnəklərinin fəaliyyətinin təşkili”, Afaq Ağayevanın “Xalq teatrlarında repertuar seçimi”, Aygün Balabəyovanın “Xalq teatrları, dram dərnəkləri və təbliğat” mövzularında çıxışları dinlənilmişdir.
Çıxışlar və nümayiş ətrafında geniş diskussiyalar yaranmışdır. Şabran rayon Mədəniyyət Mərkəzinin direktoru Şəfiqə Məmmədova, dram dərnəyinin rəhbəri Cabir Əmrahov, “Xnayaxdı” folklor kollektivinin bədii rəhbəri Bayram Ağasıyev diskussiyada dram dərnəklərin və xalq teatrlarının gələcək fəaliyətinə dair təkliflər səsləndiriblər.