““Kim deyə bilər ki, Mehriban xanımın bişirdiyi yeməyi yemişəm? Mən yemişəm, özü də çox dadlı bişirir”.

Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş mərasimdə Birinci vitse-prezident Mehriban Əliyeva ilə bağlı çıxışı böyük maraqla qarşılanıb.

Xoşbəxt Yusifzadə 1994-cü ildə Hyustonda (ABŞ) birinci xanımın fədakarlığından bəhs edib, onun məsləhətlər verdiyini, işlərinin uğurlu alınması üçün arxalarınca su atdığını və dadlı yeməklər bişirdiyini bildirib.

“Kim deyə bilər ki, Mehriban xanımın bişirdiyi yeməyi yemişəm? Mən yemişəm, özü də çox dadlı bişirir”, – deyə akademik deyib.

Sosial şəbəkələrdə sürətlə yayılan və rəğbətlə qarşılanan sözügedən parçanı təqdim edirik:

     Müstəqil.az
Share: