Brüsseldə Avropa İttifaqı ölkələrinin və “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olan altı ölkənin xarici işlər nazirlərinin görüşü başlayıb.
Report-un məlumatına görə, Azərbaycanı iclasda Xarici İşlər naziri Elmar Məmmədyarov təmsil edir.
Görüş Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin sədrliyi ilə keçirilir.
Görüş zamanı iştirakçılar “Şərq Tərəfdaşlığı” Proqramının həyata keçirilməsini müzakirə edəcəklər.