İllərlə Oxuyub Öyrənsək Də, İngliscə Danışa Bilməməyimizin Əsas Səbəbləri

İngliscəmizi düzgün şəkildə təkmilləşdirmək üçün hansı məsələlərdə səhvlər edirik, bu məqalədə ətraflı şəkildə izah olunacaq.

İngiliscəmiz niyə inkişaf etmir?

Bir çoxumuz karyera qurmaq və onu genişlətmək üçün xarici dil kimi ingilis-dilini öyrənmək qərarına gəlirik. Bir çox kurslara qatılır və ya ev şəraitində sosial şəbəkələr üzərində öyrənməyə çalışırıq. Lakin zaman keçdikcə, aylarımızın və pullarımızın hədərə getdiyinin fərqinə varmış oluruq. Bu vəziyyətdə əsas sual çıxır ortaya. Yaxşı, bəs niyə ingiliscə öyrənə, ingiliscə danışa bilmirik?

Əslində diqqətlə məktəblərdə və kurslarda keçirilən dərs metodikasını nəzərdən keçirsək görəcəyik ki, müəllimlər və moderatorlar üstünlüyü qrammatikaya və lüğətə kökləyirlər. Bəlkə də bunu çoxumuz artıq dərk etmişik. Amma söhbət tam olaraq bundan da getmir. Yəni ingilis-dili və bu kimi digər xarici dilləri öyrənərkən qrammatika və söz bazası əsas şərtdir. Çünki qrammatikasız danışıq savadsızlığın, söz bazasının azlığı isə fikri ifadə edə bilməməyin göstəricisi hesab olunur.

Bir çox saytlarla, xarici moderatorların sosial şəbəkələr, youtube vasitəsilə paylaşdıqları yeni və effektiv metodları öyrənərək bir araya toplayıb sizlərlə də bölüşmək qərarına gəldim. Ümid edirəm, sizə də faydalı olacaqdır.

Bir çox saytlarla, xarici moderatorların sosial şəbəkələr, youtube vasitəsilə paylaşdıqları yeni və effektiv metodları öyrənərək bir araya toplayıb sizlərlə də bölüşmək qərarına gəldim. Ümid edirəm, sizə də faydalı olacaqdır.– İngilis-dilinə hakim olmaq üçün ilk öncə təməl biliklərə sahib olmaq lazımdır.
– İngilis-dilini öyrənərkən reading/writing/listening/speaking inkişaf etməlidir.

✔ Reading niyə inkişaf etmir?

✔ Reading niyə inkişaf etmir?•Aylarla yalnız qrammatika əzbərləndiyi üçün;
•Lüğətdən doğru şəkildə istifadə edilmədiyi üçün;
•Ana-dilinə hakim olmamaq və dünya görüşünün azlığı;
•Səhv metodla davamlı “öyrənmək” və öyrəndiyinə əmin olma.

Doğru yöntəm:

Doğru yöntəm:Müəyyən qrammatik biliklərə sahib olun;

•Sözləri necə öyrənəcəyinizi öyrənin;
•Oxuyarkən uzun mətnlər əvəzinə qısa mətnlərlə başlayın.

Bəzən reading edərkən cümləni tam olaraq anlaya bilmirik. Səbəb:

-Söz qıtlığı;
-Frazeoloji birləşmələr öyrənməmək;
-Qrammatika azlığı

✔Sözlərin düzgün şəkildə öyrənilməsi metodu:

-İngiliscə-İngiliscə lüğətindən istifadə etmək.

Məsələn, Cambridge Dictionary, Longman buna misal ola bilər.(Playstoredan pulsuz yükləyə bilərsiniz)
-Sözün izahını oxumaq;
-Örnək cümlələr qurmaq və yazmaq;
-Sözün isim/sifət/fel/zərf halını öyrənmək, hansı sözönü ilə gəldiyini bilmək;
-Sözün düzgün tələffüzünü öyrənmək üçün lüğətdən tələffüzü dinləyib təkrar etmək.

✔ Writing niyə inkişaf etmir?

✔ Writing niyə inkişaf etmir?Əgər yaxşı yazmaq istəyirsinizsə,ilk öncə yaxşı oxumağı bacarmalısınız.

Writing üçün 5 vacib faktor:
-Azərbaycan-dili və ingilis-dilinin fərqini anlamaq;
-Söz ehtiyatını zənginləşdirmək;
-Yetərli qrammatika;
-Mətni oxuduğunuz zaman bilmədiyiniz sözləri götürüb qeyd etməlisiniz. Sözləri analiz etdikdən sonra onu writing üçün tutduğunuz dəftərdə 2sətir yazmalısız. Eyni zamanda, həmin sözün antonim və sinonimini də öyrənib o sözə bütövlükdə hakim olmalısınız.

Qrammatika öyrənərkən buna maksimum 3ay( əgər ingilis-dilinə sıfırdan başlayırsızsa, 6ay) ayırmalısız.

Qrammatikada bunları öyrənməlisiz:
-Felin zamanları;
-Şərt və zaman cümlələri;
-Bağlayıcılar;
-Modallar;
-Mürəkkəb cümlələr;
-Felin məchul növü.

İstifadə olunacaq lüğətlər:

İstifadə olunacaq lüğətlər:-Cambridge
-Oxford
-Longman

Unutmayın ki, ingiliscə öyrənərkən hədəf səviyyəyə görə öyrənməniz vacib şərtdir.

Unutmayın ki, ingiliscə öyrənərkən hədəf səviyyəyə görə öyrənməniz vacib şərtdir. Yəni sırf olaraq, məsələn B2 səviyyəyə görə öyrənmək istəyirsinizsə, planınızı və reading/writing etmənizi ona görə etməlisiniz. Eyni zamanda, ingilis-dilini niyə öyrəndiyinizi dəqiq bilməlisiniz. Yəni ümumi danışıq, business english və ya akademik danışıq üçün bu dili öyrənirsinizsə, oxuduğunuz bədii ədəbiyyatlara fikir verməli və çalışdığınız testləri ona görə etməlisiniz.

Uğurlar!

Share: