Bu gün Mirişin dünyayla salamlaşmasının 69 ili tamam olur.
Xalq artisti Arif Quliyevin ad günüdür. İçimdən onun haqqında bir təbrik reportajı hazırlamaq gəldi. Bilimirəm niyə? Bəlkə də ona görə ki, o detdom uşağı olub, uşaq evində böyüyüb, bəlkə də oğru, narkoman. Qatil də ola bilərdi. Amma o oxudu, təhsil aldı, nümunə göstərdi və xalq artisti adını qazana bildi.
Çoxları onu aktyorluqdan uzaq bir adam sayır. Məncə haqlıdırlar. Aktyorluqdan uzaq olanda insan daha çox özü olur. Arif Quliyev bu mənada həmişə özünü oynayıb.
Sağ ol Miriş. Ad günün mübarək!