Paşinyanın Brüsseldə bu fotosu səs-küy doğurdu

Ermənistanda cinsi cinayət qurbanları arasında uşaqların nisbəti olduqca yüksəkdir.

Müstəqil.az xəbər verir ki, Ermənistanın “Epress” saytı 2016 və 2017-ci illərə aid sensasion nəticələri yayıb.

Məlumata görə, ölkədə 2016-cı ildə qeydə alınmış 160 belə cinayət əməlinin qurbanlarının 115-i uşaqlar olub. Cinayət anında 115 zərərçəkən 5-17 yaş aralarında olublar.

2017-ci ildə Ermənistanda baş vermiş 164 belə cinayətin isə 113-də qurbanlar uşaqlar olub

Ancaq məsələ burasında deyil, pedofil və manyaklar istənilən cəmiyyətdə var. Məsələ burasındadır ki, heç də hər cəmiyyətdə hökumət rəhbəri bu cür ikimənalı rakurslarda şəkil çəkdirmir.

Məsələn, Amerikada bu cür fotoların yetkinlik yaşına çatmayanlara qarşı nalayiq hərəkət və ya belə xarakterli fəaliyyətə çağırış kimi qiymətləndirilməsi tamamilə mümkündür.

Görəsən, Nikol Paşinyan bu fotoları ilə hansı mesajı verir?

Share: