Əfsanəvi Formula 1 pilotu Niki Lauda dünyasını dəyişib.
1975-ci ildə Ferrarinin heyətində ilk çempionluğunu rəsmiləşdirmiş pilot bundan 1 il sonra qəzaya düşüb.
Ağır yanıq xəsarətləri almış Lauda cəmi 42 gün sonra yenidən bolidin sükanı arxasına keçib.
Hətta bu vəziyyətdə Niki Lauda Monsa qran-prisini 4-cü yerdə başa vurub.
1977 və 1984-cü illərdə bütün rəqiblərini qabaqlamış pilot ara-sıra səhhətində problemlər hiss etməyə başlayır.
1985-ci ildə karyerasını başa vurmuş Lauda, paddok ərazisində jurnalist və ekspert kimi fəaliyyət göstərib.
Daha sonra Mersedes komandasının direktoru vəzifəsinə təyin olunmuş mütəxəssis bu postda daha 5 titul qazanıb.
1997 və 2005-ci illərdə əməliyyat olunan Loudanın böyrəkləri dəyişdirilib.
Ötən il ağ ciyər iltihabından əziyyət çəkən əfsanəvi idmançı 70 yaşında vəfat edib.