Astara rayonunda avtoxuliqanlıq edən şəxs saxlanılıb.
Bu barədə Müstəqil.Az–a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran rayonundakı regional qrupundan məlumat verilib.
Məlumata görə, Astara rayon polis şöbəsi dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan Astara şəhər sakini Vüsal Hüseynovun “Mersedes” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etməsi məlum olub.
İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin şəxs barəsində Astara rayon polis şöbəsi dövlət öyol polisi bölməsinin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunub.
İşə baxılması üçün Astara rayon Məhkəməsinə göndərilib.
Müstəqil.Az