“Vladimir Solovyovla axşam” – siyasi əxlaqsızlıq

Faiq Balabəyli yazır

Rusiyanın Vladimir Solovyov  adlı məşhur bir televiziya aparıcısı var. Şovinistin və əxlaqsızın yekəsidir. Onun haqqında şox sözlər demək olar. Bugünlərdə haqqında bəhs edəcəyim qatı şovinist haqqında saytların birində belə sözlər yazılmışdı; Rus şovinist siyasətinin ən aqressiv təbliğat vintciyi funksiyasını qeyri-peşəkar səviyyədə icra edən

Sən demə bu erməni dalı yalayan şovonist yenidən Azərbaycana qarşı provokasiyaya əl atıbmış. Onun bir çox verlişlərinə qəzb və kinayə ilə baxsam da bunu izləməmişdim. Sonradan nəzər yetirdim və ye3ddi arxadan dönənin salındığı xaç suyuna tüpürmək istədim.

Heç kəsə sirr deyil ki, Vladimir Solovyovun verlişlərinin əksəriyyətində Azərbaycana, Türkiyəyə, Müsəlman dünyasına qarşı təxribat dolu təbliğat aparması, əlbəttə onun jurnalist olaraq əxlaqsızlığından və qeyri-obyektiv olmasından  xəbər verir.


dəyərli oxucularımızın vaxtını aldğıma görə üzr istəyirəm və bildirmək istəyirəm ki, bu peşə əxlaqı olmayan kəsə qarşı heç də hər hansı bir yazı yazmaq, yaxud baş qoşmaq istəməzdim. Beləsinə başqa ad vermək də adamdan xüsusi istedad tələb edir. Aydın görünür ki, vücudu zibil dolu “solefon kuloku” xatırladanın sifətindən və səsindən nadürüstlük yağır. Amma yazmaya, bu peşəsinə hörmətsizlik gətirən  zırrama haqda söz deməyə də bilmirəm. Çünkü bulanıq xaç suyunda körpə vaxtlarında çimizdirilən bu yekəbaş əxlaqsızlığını mənim millətimə, xalqıma, torpağma ünvanlayır.

Razılaşmaya da bilərsiz, amma birmənalı olaraq deyirəm ki, Vladimir Solovyov yekəbaşın və axmağın biri olmaqla yanaşı həm də savadsızdır. Məsələn, düşünürəm və bu qənaətə gəlirəm ki, Türkiyə və Azərbaycana qarşı yürütdüyü çirkin siyasət ya onun doğurdan doğuruya savadısz və bivec olmasından xəbər verir, ya da özünün din qardaşlarının, xaçpərəst şovinistlərin məqsədli siyasətinə ağalarının, qarşısna it yalı qoyanlara xoş gəlmək üçün bu cür dəstək verir.

Bu yaxınlarda Vladimir Solovyovun jurnalist olaraq obyektivlikdən uzaq olması, birtərəfli mövqe sərgiləməsi onun pis niyyətli olmasından xəbər verir.

Ya da daha böyük, başbilən əxlaqsızlar ona bu şəraiti yaradıblar ki, gerçək tarixi bilməyən insanların fikirlərinin bu istiqamətdə formalaşmasına xidmət etsin.

O, ermənipərəstdir. Özünü xaç qardaşlarının maraqlarına, hiylələrinə peşkəş edib, loru dillə desək bu gədə özünü buraxıb.

Mətbuatdan bildik ki, bu günlərdə özünün pis niyyətli “Vladimir Solovyovla axşam” verilişində çıxış edən Solovyov Qarabağın Azərbaycan ərazisi olduğunu şübhə altına qoyub. Belə ki, Donbas böhranının müzakirə olunduğu verilişdə qondarma Luqansk “respublikası” nümayəndəsinin çıxışını kəsən Solovyov gözlənilmədən və heç bir aidiyyəti olmadan Ukraynanın Avropa Hərəkatı təşkilatının sədri Vadim Trüxan müraciət edərək, “Qarabağ kimindir?” sualını verib.

Trüxan Qarabağın Azərbaycanın ərazisi olduğunu bəyan etməsinin ardından Solovyov əxlaqsız və aparıcıya yaraşmayan kinayə ilə yenidən ekspertdən “Bəs Ermənistan buna necə reaksiya verir?” sualına cavab istəyib. Bundan sonra Trüxanovun cavabına imkan verməyən Solovyov yenidən ona kinayəli şəkildə Paşinyanın Ukraynanın Qarabağla bağlı indiki mövqeyi ilə razı olub-olmamasını soruşub. Daha sonra özünü daha böyük erməni kimi hiss edən Solovyov “Sən Qarabağ uğrunda döyüşsəydin bilərdin ki, orada nə qədər insan qanı axıb və bu, erməni xalqını necə qəhrəmanlıq nümunəsidir. Artsax (Qarabağı nəzərdə tutur – red.) harda olmalıydısa, orda olma haqqını da əldə etdi (Solovyov Qarabağı ermənilərin “qəhrəmanlıqla döyüşüb almasına” haqq qazandırdığını ifadə edir – red.)”

Budur rus siyasəti. Budur Rusiya hakimiyyətinin bizə olan münasibəti. Ərazi bütövlüyümüzü tanıyan bir ölkənin sözçüləri ağız-ağıza verib torpaqlarımızın işğalına haqq qazandırır.

Yəni doğurdan Rusiyada bu qədər demokratik ab-hava var ki, Tv-lərində ölkənin siyasətinin əksinə təbliğat aparılır?

Bəlkə elə Rusiya hakimiyyəti özü onların belə danışmalarında maraqlıdır? Dovşana qaç, tazıya tut deyir…

 

 

Share: