14 barmaqdan hansını kəsmək qərarı həkimləri düşündürdü

Çində cərrahlar 14 barmağı olan 3 yaşlı qızı əməliyyat ediblər. Onun hər əlində 7 barmaq olub. Valideynlərinin dediyinə görə, bu onlara irsən keçib və artıq 5 nəsil boyunca davam edib.

Lyaonin əyalətinin Şenyan Tibb Kollecində aparılan cərrahi əməliyyat uğurla başa çatıb. Cərrah Çjan Tse bildirib ki, bu əməliyyat heç də asan keçməyib:

“Əməliyyatın mürəkkəbliyi onda idi ki, hansı barmağı kəsib, hansını saxlamağa qərar vermək çox çətin idi”.(oxu.az)

Share: