İngiltərənin “Çelsi” klubu artıq Bakıdadır

UEFA Avropa Liqasının digər finalçısı olan İngiltərənin “Çelsi” klubu artıq Bakıdadır.

Müstəqil.Az Oxu.Az-a istinadla xəbər verir ki, London klubunu gətirən təyyarə bu radələrdə Heydər Əliyev Hava Limanına yerə enib.

Komanda nağara musiqisi sədaları altında qarşılanıb. Daha sonra “Çelsi” məskunlaşacağı “Four Seasons” otelinə yola düşüb.

Qeyd edək ki, ““Çelsi” mayın 29-da saat 23:00-da Bakı Olimpiya Stadionunda “Arsenal”la qarşılaşacaq.

19:30

UEFA Avropa Liqasının Bakıda keçiriləcək final görüşünün digər iştirakçısı – “Çelsi” klubunun futbolçuları mayın 27-də Bakıya yola düşüblər.

“Çelsi” klubunun “Twitter” səhifəsində  xəbər verir ki, futbolçular təxminən saat 22:30 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna çatacaqlar.

Xatırladaq ki, “Arsenal” komandası artıq Bakıdadır.

“Çelsi” UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşündə “Arsenal” komandası ilə üz-üzə gələcək. Matç saat 23:00-da başlayacaq.

{gallery}

Встроенное видео

Chelsea FC

@ChelseaFC

All set!

Next stop: Baku! ??#UELfinal

2 785 человек(а) говорят об этом

Встроенное видео

Chelsea FC

@ChelseaFC

It’s time to board! ?#UELfinal

1 306 человек(а) говорят об этом
Share: