Müstəqil.Az “28 May Respublika Günü” münasibətilə xalqımızı tanınmış söz ustası Ramiz Qusarçaylının “Azərbaycan bayrağı” şeiri ilə təbrik edir….
Azərbaycan bayrağı
Şənini vəsf etməyə yetər, qüdrətim yetər,
Ulduzunu,ayını göydə mələklər ötər,
Hər rəngində “ya qazi, ya şəhid” bir mən bitər,
Sən ey İstiqlalımın əbədiyyət sancağı, –
Azərbaycan bayrağı!
Yağının min hiyləsi küydən, kələkdən keçər,
Sən sancılan ucalıq min-min ürəkdən keçər,
Dağlar yerindən oynar, daşlar ələkdən keçər,
Göylərin nur yağmuru, yerlərin göy qurşağı,-
Azərbaycan bayrağı!
Sən Arazın, Samurun umuduna bələndin,
Çəni ağlar Göyçənin buluduna bələndin,
Dərbəndin dərd hıçqıran sükutuna bələndin
O tayımda Savalan, bu tayımda Şah dağı,
Azərbaycan bayrağı!
Cəngidə cövlan yerim, cövlanda can yerimsən,
Barışda gül çələngim, savaşda qan yerimsən,
Sən mənim and yerimsən, mənim iman yerimsən,
Dalğalı ləngərlərin yelpiklənən yarpağı,-
Azərbaycan bayrağı!
Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı!
Azərbaycan bayrağı!
Arzularimiz gerceklesdi. MUSA YAQUB, RAMIZ ROVSEN ve VAHID EZIZ…. tebrik edirem sizi. Novbeti xalq sairi kimi Memmed Ismayil, Eldar Ismayil, Ramiz Qusarçaylı, Qəşəm Nəcəfzadə, Ayaz Arabaçı ni… qadin sairlerden ise Firuze Memmedlini gormek umidiyle…
Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialı
ADPU-nun Quba Filialında görkəmli şair Ramiz Qusarçaylının 60 illik yubileyinə həsr edilən “Vətən qoxulu şeirlərin müəllifi” adlı tədbir keçirilib.
Mayın 23-də …
Böyük Məmməd Araz dünyasına səyahət…
Var ol, Ağalar Bayramov!