İki qadın – biri yaşca da, çəkicə də o birindən xeyli böyük, biri çəlimsiz, azyaşlı – “Tarqovı”da ərəblərlə söhbət edir. Böyük balacanı göstərib deyir:
– Ay əm opun, Günay no oopn.
Ərəb təfəkkürünün ingiliscəsində “şeyx”lərə izah elədi ki, mən yox, amma Günay bakirədi. Ərəblər də Günayla behləşib beton cəngəlliyin ənginliklərində gözdən itdilər…
Bu gün bir xəbər çıxdı rastıma. Deməli, Amerikada yaşayan 19 yaşlı Jizel adlı tələbə qız “Escorts Cinderella” saytında öz bakirəliyini hərraca çıxarıb. Qızın bakirəliyini Əbu-Dabidən olan, adı gizli saxlanılan şeyx 3 milyon dollara alıb. Aldığı pulu təhsil almaq və səyahət etmək üçün xərcləyəcəyini deyən Jizel Almaniyada ayrılan otellərdən birində biznesmenlə görüşəcək…
3 milyon dollar! Bəlkə də dünyadakı bütün acları bir gün doyuzdurmağa yetər bu pul…
Ərəb Allaha bizdən bir köynək yaxın olmalı. Çünki Allah Quranda ərəbcə danışır. İndi deyəcəksiniz ki, bu, əsl islam deyil?
Zəhləmi tökməyin: İŞİD islam deyil, özünü zəncirləyən mazoxist islam deyil, İran islam deyil, Çeçenistan islam deyil… Nədir bəs islam? Hardadı islam?
İslam – elə bu yaramaz, mənasız pərdəbaz ərəb şeyxidir. Qadına “pərdə” gözü ilə baxmaq islamdır ki, var. Pərdə təfəkkürən islamdadır – hicabından çadrasına qədər.
O ərəb bircə dəfə də olsun, lüt geyindirməyib, o yaramazın pulu ancaq soyundurmağa gedir.
O şeyxkimilərin ac-yalavac qoyduğu uşağı “pərdə tanımayan” Ronalda doyuzdurur; “kafər Bil Qeyt” ildə müsəlman uşaqları aclıqdan qorumaq üçün milyonlar ayırır, Papa ildə 12 məhbusun ayağını yuyub, öpüb əzizləyir.
Ərəbin şeyxi isə qızıl təyyarədə süzür, “xristian pərdəsi yırtmağa” milyonlar xərcləyir.
Pərdəniz yırtılsın, lənətə gəlmişlər…
Ömər Xəyyam