Bu günlərdə cənab Prezident İlham Əliyev böyük səxavət və xeyirxahlıqla bir neçə qələm adamını fəxri adlarla təltif edib. Gerçəkdən də dövlət başçısının bu addımı ədəbiyyatımıza qayğının növbəti təzahürü kimi ədəbi cameədə böyük xoş rezonans doğurub. Təltif olunan hər kəsi təbrik edirik.
Müstəqil.Az bildirir ki, bu sözlər bir qrup AYB üzvünün tanınmış şair Firuzə xanım Məmmədlinin də adını bu sırada görmək istədiyini bildirdikləri müraciətdə deyilir. Müraciətdə əlavə olunur:
“Bu təltifləri qələm adamlarımızın ədəbiyyata xidmətlərinin, yaradıcılıqlarının stimullaşdırılmasına yatırılan investisiya kimi dəyərləndiririk. Digər ölkələrdən fəqrqli olaraq, Azərbaycanda sözə, sənətə ehtiram, yaradıcı insanlara fəxri adların, təltiflərin, orden-medalların verilməsi bir ənənəyə çevrilib. Və mahiyyət etibari ilə mədəniyyətin inkişafına hesablanıb.
Həqiqətdir ki, fəxri adlar, titullar göstərdiyi xitmətlər müqabilində haqqı olan fikir, düşüncə insanlarımıza vaxtında veriləndə, cəmiyyətdə minnətdarlıq hissi yaradır. Fikrimizcə, ölkəmizdə hələ də haqqını almamış, qələm adamlarımız çoxdur. Və sözsüz ki, zamanla onların da yaradıcılığı layiq olduğu qiyməti alacaqdır. Ədəbi, ictimai sferada çoxlarının gözü xalq şairi adı alanların sırasında layiqli bir sənətkarı, ədəbiyyatın həqiqqi yorulmaz cəfakeşi və əzabkeş xidmətçisi görkəmli şair Firuzə xanım Məmmədlinin də adının olmasını istərdi.
Firuzə Məmmədli, deyəndə müsir ədəbiyyatda, poeziyada bir ləyaqətli şair obrazı xatırlanır. Şərəfli və orijinal ədəbi yol keçmiş Firuzə Məmmədlinin poetrik yaradıcılığının, elmi və ədəbi fəaliyyətinin əsasını bütövlükdə vətəndaş təəssübkeşliyi və məsuıiyyəti təşkil edir. Onun yaradıcılıq əmsalı və potensialı bütövlükdə vətənçi və dövlətçi düşüncəyə əsaslanır. Şeirlərinin motivi, poetik tutumu, qaldırdığı ictimai problemlərin bədii həlli, cəmiyyətə və proseslərə yazıçı-alim münasibəti XALQ ŞAİRİ kimi dəyərli bir ada layiq olduğunun sübut edir.
Əslində Firuzə Məmmədli xalq şairi adını çoxdan almalıydı, bəlkə də 10 il əvvəl. Uzun illərdir qələmini ədəbiyyatımızın müxtəlif janrlarında uğurla sınamış şairin xeyli sayda sanballı şeir kitabları, elmi araşdırmaları, uğurlu pedaqoji fəaliyyəti də göz önündədir.
Qarşıdan Füruzə Məmmədlinin 80 illik yübileyi gəlir. Azərbaycan Yazıçılar Birliyi rəhbərliyinin görkəmli söz ustadının yubileyi ərəfəsində Xalq şairi adı alması təşəbbüsü ilə çıxış etməsi həqiqi ədəbiyyata münasibət baxımından ədalətli, obyektiv və yaxşı hal olardı.
Və inanırıq ki, şair Firuzə Məmmədli də ömrünün müdriklik çağında halal haqqına qovuşacaq – Xalq şairi adıyla təltif ediləcəkdir.
Bir qrup yazar adından Azərbaycan Yazıçılar Birliyinin üzvləri:
Nizami Paşa Saraçlı, İlham Qəhrəman, Vəli Xramçaylı, Faiq Balabəyli, Zahid Sarıtorpaq, Dəyanət Osmanlı, Xanəmir Telmanoğlu, İbrahimxəlil, Elbariz Məmmədli, Rafiq Hümmət, Ayişə Nəbili, Narıngül, Gülhani Pənah, Dilsuz Musa, Knyaz Aslan, İbrahim İbrahimli, Qəşəm Nəcəfzadə, İbrahim İlyaslı və başqaları.
29.05.2019.