Xarkovda millətçilər Jukovun heykəlini məhv etdilər – VİDEO

Ukraynanın Xarkov şəhərində millətçilər sovet marşalı Georgi Jukovun heykəlini aşırıblar.

“Unian” portalı xəbər verir ki, hadisə Qriqorenko prospektinə yenidən Jukovun adının verilməsinə dair keçirilən etiraz aksiyası zamanı baş verib.

Yerə düşən heykəli çəkiclərlə xırda parçalara bölüblər.

Etiraz aksiyası zamanı polislə toqquşma qeydə alınıb, xəsarət alanlar var. Polis Ukrayna Cinayət məcəlləsinin 2 maddəsi ilə iş qaldırıb.

Xarkov meri Qennadi Kernes heykəlin bərpa ediləcəyini bildirib.

 

Bizimlə əlaqə saxlayın

Share: