Şəki Apelyasiya Məhkəməsindən gözlənilməz qərar

Şəki şəhər sakini Hüseynov İlqar Hüseyn oğlu 10 may 2019-cu il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki ŞPRŞ-yə gətirilib şübhəli şəxs qismində tutularaq üstünə şəxsi axtarış keçirilən zaman ondan 5,49 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək qablaşdırılıb götürülmüşdür.
​İlqar Hüseynovun izahatı alınan zaman o, üstündən aşkar olunmuş narkotik vasitəni Şəki şəhərində tanışı Məmmədov Qalib Telman oğlundan 50 manata aldığını bildirmişdir.
​Keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq Məmmədov Qalib Telman oğlu 11.05.2019-cu il tarixdə Şəki ŞPRŞ-yə gətirilib şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılan zaman ondan da 3,72 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
Həmçinin Qalib Məmmədov izahatında həmin narkotik vasitəni Şəki şəhərində yaşayan, tanışı Nağıyev Pərviz Çingiz oğlundan 40 manata aldığını bildirmişdir.
​Həmin faktlar üzrə 11.05.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə cinayət işi başlanmışdır.
Daha sonra Nağıyev Pərviz Çingiz oğlu tutularaq  Şəki ŞPRŞ-yə gətirilib şübhəli şəxs qismində tutularaq üzərində 0,42 qram çəkidə qurudulmuş marixuana müəyyən edilmişdir.
Bundan başqa, Pərviz Nağıyevin işlədiyi Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən mağazasına baxış keçirilən zaman oradan 6 ədəd bükümdə ümumi çəkisi 0,189 qramdan artıq narkotik vasitə olan heroin və ümumi çəkisi 246,33 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək qablaşdırılıb götürülmüşdür.
Nağıyev Pərviz Çingiz oğlu 13.05.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Şəki Rayon məhkəməsinin qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiştir.
Çox maraqlıdır ki, 22.05.2019-cu il tarixdə həmin həbs qəti imkan tədbiri Şəki Apellyasiya Məhkəməsi tərəfindən tərəfindən ev dustaqlığı qəti imkan tədbiri ilə əvəz olunmuş və Pərviz Nağıyev azadlığa buraxılmışdır.
Çox təəssüf… Mağazasında narkotik maddə satan birisini azadlığa buraxan apelyasiya məhkəməsinin bu hərəkətinə nə ad vermək olar. Söz oxucularındır.
Müstəqil.Az
Share: