Ukraynada keçirilən futbol çempionatının yeddinci turu hakimin döyülməsi faktı ilə yadda qalıb.
“Karpat” və “Polyana” klubları arasında keçirilən görüş zamanı hakim meydan sahiblərinin qapıçısını oyundan kənarlaşdırıb. Bundan qəzəblənən “Karpat”ın fanatları meydana doluşaraq, dava salıblar. Bir-neçə nəfər hakimi yerə yıxaraq, onu təpikləməyə başlayıb. Polislər asayişi bərpa ediblər.
Matç “Polyana” komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.