Vəsiyyətini yazıb maşını bilərək beton arakəsməyə çırpdı

Bakı-Sumqayıt şosesində bir nəfərin yaralanması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

v-ın məlumatına görə, qəza şosenin Binəqədi rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məmmədov Rahib Elton oğlu idarə etdiyi “Renault” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən minik maşını anidən yol kənarındakı beton arakəsməyə çırpılıb.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Ərazidə ilkin müayinə aparan zaman qəzanın qəsdən törədilməsi ehtimalı yaranıb. Belə ki, avtomobildən sürücünün vəsiyyətnaməsi aşkarlanıb.

Məlum olub ki, o, maddi çətinlikdən əziyyət çəkdiyi üçün özünü öldürmək istəyib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Məmmədov yaxınlarının təkidi ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Share: