Tanınmış şair Faiq Balabəyli hal-hazırda Neftçilər Xəstəxanasındadır.
Müstəqil.Az xəbər verir ki, bu haqda şair özünün facebook sosial şəbəkəsindəki səhifəsində yayınladığı status bildirib.
O, bildirir ki, ölkədə kifayət qədər tanınan və məşhur olan xəstəxana iflic vəziyyətə düşüb. Belə ki, bu gün xəstəxanaya müraciət edən çoxsaylı xəstələr müayinə oluna bilməyib. Buna səbəb xəstəxana da internetin olmamasıdır.
Tanınmış şairin bildirdiyinə görə icbari sığortalarının olmasına rəğmən uzaq məsafələr qət edib rayonlardan gəlmiş yaşlı xəstə insanlar da saatlardır xəstəxanada həkimlərin qəbuluna düşə bilmirlər.
“Neft ölkəsi olan Azərbaycanın paytaxtındakı ən məşhur, tanınmış Neftçilər xəstəxanasında hər şey iflic vəziyyətdədir. İnternet olmadığına görə xəstələrin həkimlər tərəfindən qəbul yönləndirilməsi və s. mümkün deyil…” -Faiq Balabəyli öz statusunda belə qeyd edib.
Sağlamlıq problemi olan insanların saatlardır ki, gözləməkdən səbr kasası dolmaq üzrədir.
“Paşa sığorta”dan tibbi sığortası olan Faiq Balabəyliyə keçən həftənin 5-ci günü sığorta şirkətinin nümayəndəsi 10 iyun, saat 9 :00-da Neftçilər xəstəxanasında olmasını desələr də, internet işləmədiyini söyləyən xəstəxana işçiləri onu və digər vətəndaşları bu gün qəbul edə bilməyəcəylərini deyiblər.
Müstəqil.Az