ABŞ Ermənistana 40 milyon dollar yardım ayırdı

ABŞ Konqresi Ermənistana 40 milyon dollar yardımı nəzərdə tutan düzəlişi təsdiqləyib. Bu barədə “Novosti Armeniya” məlumat yayıb.

Bu düzəliş Konqres üzvü, erməni məsələləri üzrə komitənin həmsədri Ceki Spiyer  tərəfindən təklif edib.

“Konqresin bu düzəlişi təsdiqləməsi o deməkdir ki, ABŞ Ermənistanın demokratik tərəqqi yolunda irəliləməsini dəstəkləyir və onunla davamlı institutların qurulması yönündə işləri davam etdirəcək”,- deyə Spiyer bildirib.

Spiyer xarici yardım haqqında qanun layihəsinə düzəlişi 2020-ci fiskal ili üçün təklif edib.  Layihənin lehinə 268, əleyhinə 152 konqresmen səs verib.

Share: