Azərbaycanın Milli Qəhrəmanı Vüqar Hüseynov Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olub. Hərbi xidmətə çağırılanada Azərbaycan hələ Sovetlər Birliyinin tərkibində idi. Onun hərbi xidmətdən geri döndüyü 1989-cu ildə isə ölkə azadlıq havasına bürünmüşüdü. Dağlıq Qarabağ müharibəsi qızışmışdı. Ona görə də Vüqarın ilk işi 1990-cı ildə Daxili İşlər Nazilriyinin polis dəstəsinə yazılmaq olur. Vüqar Hüseynov Xocalıda, Goranboya uğurlu döyüş yolu keçir. Jurnalist Salatın Əsgərovanı qətlə yetirənlərin tapılmasında böyük fədakarlıq göstərir. 1991-ci il iyunun 20-sində ermənilərin Goranboya hücumu zamanı qəhrəmancasına vuruşur və şəhid olur. Əvvəlcə “Qırmızı Ulduz” ordeni ilə təltif olunsa da 1990-cı ilin iyununda Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Hüseynov Vüqar Tofiq oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülür.