Gürcüstanda etiraz aksiyaları fonunda iqtisadiyyat ciddi zərər görür. Artıq bu ölkəyə Rusiya aviaşirkətlərinin uçuşu qadağan olunduqdan sonra turist sayının azalacağı proqnozlaşdırılır. Üstəlik də son üç gündə Gürcüstan milli valyutası olan lari dollar və avro qarşısında ciddi dəyər itirir. Artıq Gürcüstanda 1 dollar 2,87, 1 avro isə 3.26 laridir.
Politoloq Gela Vasadze isə hesab edir ki, larinin dəyərdən düşməsi davam edəcək.
“Hazırda Gürcüstanda vəziyyət siyasi böhran adlandırılır. Bu böhranın səbələri birinci, belə deyək, Gürcüstan hökumətinin unutqanlığı, ikincisi də, etirazçılara qarşı qeyri-mütənasib qüvvə istifadəsidir. 20-21 iyun gecəsi baş verən aksiya iştirakçılarının şiddətli şəkildə dağılması nəticəsində yüzlərlə adam xəstəxanaya yerləşdirildi və iki nəfər gözlərini itirdi. Bunun məsuliyyəti daxili işlər naziri Georgi Qaxariya daşıyır və ona görə etirzaçılar onun istefasını tələb edir. Aksiya zamanı həbs olunları buraxmaq və Gürcüstanın mütənasib seçki sisteminə keçməsi kimi tələblər hökümət tərəfindən artıq yerinə yetirilib. Rusiyanın Gürcüstanla hava mesajını dayandırması iqtisadiyyata 100-300 milyon dollar arası zərər gətirəcək. Bunun təsiri turizmlə bağlı sahələrdə olacaq. Rusiyalı turistlərlə işləyən insanlar, otel işi ilə məşğul olanlar, restoran sahibləri. Bu nəcə təsir edə bilər ki? Rusiyalı turistlərin 82 faizi Gürcüstana avtomobil vasitəsilə gəlirdi, ancaq qalan 18 faizi təyyarə yolu ilə. Ona görə də, Rusiyasız belə turist sayı ölkədə qalxacaq. Larinin dollara qarşı məzənnəsi, təəsüflər olsun ki, axır 7 il ərzində dəyişir, xüsusilə də son 1 ildə çox qalxıb. Çünki həm larinin məzənnəsi, həm düşən əmlak qiymətləri Rusiya ilə əlaqələrlə yox, Gürcüstan hökumətinin bank sahəsində tənzimləmələr tətbiq etməsi ilə bağlıdır”.