Bəşəriyyəti sarsıdan Foto- Ata və 11 aylıq qızı çay üzərindən ABŞ-a keçərkən həyatını itirdi

Qeyri-qanuni yollarla ABŞ-a keçməyə çalışarkən Meksika sərhədindəki Rio Bravo çayında həyatını itirən El Salvador Oskar Alberto Martinez Ramirez və 11 aylıq qızı Valerianın görüntüsü dünya mediasının gündəmindən düşmür.

Müstəqil.Az xəbər verir ki, , El Salvador Oskar və 11 aylıq qızı Valeria, Meksika ilə ABŞ-ı ayıran Rio Bravo çayı üzərindən ABŞ-a keçərkən həyatını itirib.

Əvvəlcə qızı ilə çayı keçən Oskar, qızını ABŞ tərəfə qoyaraq xanımı üçün geri qayıtmaq istəyib. Elə bu zaman qızının çaya düşdüyünü görür. Geri dönən Oskar Valeriaya çatsa da axına düşərək qızı ilə birlikdə can verir.

Təxminən 12 saat davam edən axtarış işlərinin sonunda Oskar və Valerianın cəsədləri tapılıb. Atasının qolsuz köynəyi içində, boynuna sarılmış şəkildə tapılan Valerianın cansız bədəni, 2015-ci ildə Bursadan Yunanıstana keçərkən boğularaq həyatını itirən Aylan Kurdiyi xatırladıb.

Share: